A

UNEC-də 29 dekabr - 31 yanvar tarixlərində qış imtahan sessiyası təşkil olunacaq.

Hər il olduğu kimi, bu il də imtahan sessiyası dövründə hər həftənin şənbə günü rektor professor Ədalət Muradovun “Açıq qapı” günləri keçiriləcək.

“Açıq qapı” günlərinin 10, 17, 24 və 31 yanvar tarixlərində, saat 10:00-da UNEC-in əsas tədris binasında keçirilməsi nəzərdə tutulub. İmtahanla bağlı sualı, şikayəti və təklifi olan tələbə və valideynlər “Açıq qapı”da iştirak edə bilərlər.

“Açıq qapı”ya 1846 Qaynar Xəttinə və ya 492 59 03 (daxili 1199) “İmtahan Qərargahı”na zəng edərək yazılmaq mümkündür.

TOP XƏBƏRLƏR