YAP Səbail rayon təşkilatının İstiqlaliyyət 6 ünvanında yerləşən ərazi partiya təşkilatı və UNEC-in Heydər Əliyev İqtisadi İrsinin Öyrənilməsi Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusuna həsr olunan tədbir keçirilib.
Tədbirin açılışında Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
“İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, inzibati və təşkilati məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov çıxış edərək, ərazi partiya təşkilatının ötən il ərzindəki fəaliyyəti barədə qısa hesabat verib. Ş.Əsgərov həmçinin bu əlamətdar günün tarixi əhəmiyyətindən danışaraq, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edildiyini və milli birliyin simvoluna çevrildiyini diqqətə çatdırıb.
Tədbir çərçivəsində Ulu Öndərin həmrəylik ideyalarına və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Daha sonra çıxış edən millət vəkili Bəhruz Məhərrəmov, UNEC-in Xarici Dillər Departamentinin nəzdində Xarici dillərin tədrisi mərkəzinin dosenti Şəhla Kərimova, mərkəzin müəllimi Kəmalə Seyfiyeva bildiriblər ki, Ulu Öndər Heydər Əliyev yolunun müzəffər davamçısı kimi Prezident İlham Əliyevin sosial-iqtisadi tərəqqiyə, ölkəmizin hərbi gücünün və müdafiə qabiliyyətinin yüksəlməsinə, mili həmrəyliyin möhkəmlənməsinə yönəldilmiş uzaqgörən siyasəti Azərbaycanın haqq işinin Zəfərlə yekunlaşmasında həlledici rol oynayıb.
Sonda Yeni Azərbaycan Partiyasının (YAP) sıralarına yeni qəbul olan bir qrup tələbəyə partiya vəsiqələri təqdim olunub.