YAP Səbail rayon təşkilatının İstiqlaliyyət 6 ünvanında yerləşən ərazi partiya təşkilatı və UNEC-in Heydər Əliyev İqtisadi İrsinin Öyrənilməsi Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın milli qurtuluşuna həsr olunan tədbir keçirilib.
Tədbirin açılış mərasimində Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi ehtiramla yad edilib.
“İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, inzibati və təşkilati məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov çıxışında xalqımız üçün milli qurtuluş tarixi olan 1993-cü ilin 15 iyununun əhəmiyyətini vurğulayıb. O, Ulu Öndərin Azərbaycan xalqının taleyində oynadığı misilsiz rolu qeyd edərək, bu dahi şxsiyyətin rəhbərliyi ilə əldə olunan uğurlardan danışıb.
Tədbir çərçivəsində Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş olunub.
Sonra Milli Məclisin deputatları İlham Məmmədov, Rövşən Muradov və Rus İqtisad Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov çıxış edərək Milli Qurtuluş Gününün müasir tariximizdəki önəmini və Ümummilli Lider Heydər Əliyevin tarixi rolunu iştirakçılarla bölüşüblər. Həmçinin həmin hadisələrlə bağlı xatirələrini bölüşüblər.