A

UNEC-in 6 nəfər tədqiqatçısı müxtəlif xarici ali təhsil müəssisələrində elmi tədqiqatlar aparmaq üçün ezam olunacaqlar.

Tədqiqatçılar İtaliya  (Universita degli Studi della Campania "Luigi Vanvitelli") Türkiyənin Yıldız Texniki Universiteti, Belçikanın Gent Universiteti və Almaniyanın Friedrich Alexander Universiteti kimi nüfuzlu ali təhsil müəssisələrində elmi fəaliyyət göstərəcəklər.

UNEC-in rektoru, professor Ədalət Muradov tədqiqatçılarla görüşərək bildirilib ki, bu tip beynəlxalq elmi təcrübə proqramları UNEC-in tədqiqat potensialının gücləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi, yeni əməkdaşlıqların qurulması və universitetin beynəlxalq akademik şəbəkədə mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd olunub ki, xarici universitetlərə seçilmiş tədqiqatçılar UNEC-də H-indeksi ən yüksək olan əməkdaşlardır. Onların beynəlxalq təcrübə qazanması, qabaqcıl tədqiqat metodları ilə tanış olması və əldə etdikləri bilikləri UNEC-in elmi mühitinə gətirməsi universitetin inkişaf strategiyasının prioritet istiqamətlərindən biridir. 

TOP XƏBƏRLƏR