Kitabxanalar, xüsusilə də akademik kitabxanalar son onilliklərdə rəqəmsallaşma, xidmətlərin modernləşdirilməsi və müasir istifadəçi yönümlü yanaşmalar baxımından əhəmiyyətli inkişaf mərhələsi yaşayıb.
Müasir zamanın ən aktual tətbiqlərindən olan Süni İntellekt (Sİ) kimi yüksək texnologiyalar, kitabxana xidmətlərinin daha dərin və sistemli şəkildə transformasiyasına imkan yaradır.
İki müasir: Ayhan Bozkurtun “AI in Libraries” (ayhanbzkrt.github.io/ai_in_libraries) və İsmail Karacanın “Kütüphaneciler için YZ Prompt Bankası” (ismailkaraca.com.tr/promptbankasi.html) layihəsi olan bu e-bazaları təhlil edib, onların tətbiq imkanlarını araşdıraraq, geniş məlumatı təqdim edirik.
Ayhan Bozkurt Süni İntellekt texnologiyalarını kıtabxanaçılıq kontekstində strateji bir resurs kimi təqdim edən bir təlimçi və tədqiqatçıdır. Onun “AI in Libraries” layihəsi kitabxanaların nəzəri biliklərindən istifadəçi təcrübəsinə qədər bir çox sahədə Sİ-dən inteqrasiyanı praktiki və məsuliyyətli bir şəkildə necə həyata keçirə biləcəyini göstərir.
Məsələn, RAG (Retrieval-Augmented Generation) Modeli və zəruri məlumatın əldə edilməsi xidmətləri kitabxananın kataloq məlumat bazalarından faydalanaraq, istifadəçi sorğularına daha kontekstual və dəqiq cavablar verməyi mümkün edən RAG texnikasının tətbiqini təklif edir. Bu, ənənəvi axtarış xidməti ilə Sİ arasındakı inteqrasiyanın konkret bir formasıdır.
Həmçinin, kitabxanalarda Sİ-in yalnız texniki tətbiq olmaması, həm də etik və idarəetmə tələbləri daşıması bu bazada vurğulanır. Bununla belə, Bozkurt Süni İntellektin etik parametrlərini, məlumat məxfiliyini, istifadəçi etimadını və uzunmüddətli strateji planlamanı nəzərə alan bir “kitabxana-Sİ strategiyası” yaratmağın vacibliyini qeyd edir.
Kodlaşdırma biliyi olmayan kitabxanaçılar üçün Sİ modellərini asanlaşdırmaq məqsədilə Gradio kimi vasitələrdən istifadə edir. Bozkurtun “Making Artificial Intelligence Accessible to Everyone” məqaləsində göstərildiyi kimi, Gradio sayəsində Sİ modelləri sadə veb- interfeyslərinə çevrilərək, geniş ictimaiyyətə açıq olur.
Bozkurtun təqdimatlarında (“Generative AI. Üretken Yapay Zeka. Kütüphanecilerin Yükselişi”) kitabxanacılar üçün strateji planlama, innovasiya mədəniyyəti və gələcək üçün roadmap-ların əhəmiyyəti ön plana çıxarılır.
Daha bir layihə İsmail Karaca tərəfindən təqdim edilən “Kütüphaneciler için YZ Prompt Bankası” layihəsi haqqında məlumat vermək istərdik. Bu baza kitabxanaçılar üçün təcrübəyə yönəlmiş bir alət kolleksiyasıdır. Burada Süni İntellekt modellərinə verilə bilən “prompt”lar, kitabxana işçilərinin gündəlik vəzifələrini daha effektiv icra etməsinə imkan verir, akademik və praktik sahələr arasında körpü rolunu oynayır. O, kitabxanaçılıq peşəsini yalnız informasiya xidmətindən ibarət olmayan, eyni zamanda strateji innovasiya mərkəzi kimi görür. Baza müxtəlif kitabxana funksiyalarını əhatə edir: oxucu-istifadəçi xidmətləri, tədbirin təşkili, texniki xidmətlər, rəsmi yazışmalar, offlayn xidmətlər, hesabatların hazırlanması, geniş sənəd topluları ilə işləmək vərdişləri və s.
Beləliklə, Karacanın prompt bazası daha çox “əməkdaşlıq yönümlü” bir resursdur. Bu, kataloqdan, brifinq hesabatlarına qədər geniş sahələrdə hazır nümunələri təqdim edərək kitabxanaçılar üçün giriş baryerlərini azaldır. Xüsusilə, kodlaşdırma biliyi olmayan istifadəçilər üçün böyük bir dəyər yaradır.
Bu iki baza arasında sinerji potensialı da var: Karacanın “prompt bankası” Bozkurtun strateji vizyonunu praktik tapşırıqlara çevirə bilər, eyni zamanda Bozkurtun strategiyaları Karaca-bankasının daha geniş miqyaslı istifadəçi strategiyasına yol açar.
Sonda qeyd etmək istərdik ki, təqdim edilən hə iki baza kitabxanaçılıq sahəsini həm strateji, həm də əməli tərəflərini balanslı şəkildə göstərir. Bozkurtun “AI in Libraries” layihəsi geniş dünyagörüşü və etika üzərinə qurulmuş strategiya təklif edir, Karacanın “Prompt Bankası” isə kitabxanaçıların gündəlik işlərində Sİ-dən dərhal faydalanmasına imkan yaradır. Hər iki yanaşmanın sinerjisi akademik kitabxanaların gələcəyində “ağıllı, məsələlərə həssas və innovativ” xidmət modellərinin formalaşmasına töhfə verəcəyini hədəfləyir.
Arzu Məmmədova
UNEC KİM 24/7 kitabxanasının müdiri