UNEC dünyanın nüfuzlu reytinq agentliklərindən olan “QS Quacquarelli Symonds” tərəfindən aparılan “QS Stars” beynəlxalq auditində ümumilikdə 9 kateqoriyadan 7-si üzrə maksimal 5 ulduz (“mükəmməl”) ilə qiymətləndirilib.
UNEC-in “QS Stars” üzrə 5 ulduzlu sertifikatı 25 noyabr tarixində Mərkəzi Asiya Universitetinin ev sahibliyi və QS təşkilatının dəstəyi ilə Özbəkistanın Daşkənd şəhərində keçirilən rəsmi təqdimat mərasmində QS-in qurucusu və prezidenti Nunzio Quacquarelli tərəfindən UNEC-in nümayəndəsi, Təcrübənin Təşkili şöbəsinin müdiri, f.ü.f.d. Leyla Nəzirzadəyə təqdim olunub.
Təqdimat zamanı UNEC-in 7 kateqoriya üzrə 5 ulduz əldə etməsi region ali təhsil məkanında böyük nailiyyət kimi vurğulanıb. QS nümayəndələri UNEC-in son illərdə həyata keçirdiyi modernləşmə, rəqəmsallaşma, sosial məsuliyyət və beynəlxalqlaşma istiqamətindəki islahatları yüksək qiymətləndiriblər.