A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “UNEC Mədəni İrsin Təbliği” Təşkilatının təqdimat mərasimi keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən UNEC-in prorektoru, dosent Səadət Qəndilova universitetdə milli-mənəvi dəyərlərin, mədəni irsin və incəsənətin təbliğinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb və yeni təşkilatın fəaliyyətinə uğurlar arzulayıb.

“UNEC Mədəni İrsin Təbliği” Təşkilatının sədri Ziyad Ağayev bildirib ki, təşkilatın məqsədi Azərbaycan xalqının zəngin mədəni irsinin, milli-mənəvi dəyərlərinin və incəsənətinin tələbə gənclər arasında təbliğ olunmasıdır. Qeyd olunub ki, təşkilat gələcəkdə konsert proqramları, mədəni tədbirlər, maarifləndirici layihələr və müxtəlif görüşlər təşkil etməyi planlaşdırır.

Tədbirdə iştirak edən millət vəkilləri Könül Nurullayeva, Elçin Mirzəbəyli və Ülviyyə Həmzəyeva çıxış edərək gənclər arasında milli dəyərlərin, mədəni irsin və incəsənətin təbliğinin vacibliyindən bəhs edib, yeni təşkilatın fəaliyyətini yüksək qiymətləndiriblər.

Rəsmi hissədən sonra tədbirin bədii proqram ilə davam edib. Proqram çərçivəsində Azərbaycan Milli Konservatoriyasının istedadlı tələbələri xanəndələr Nuray Şuşalı və Mirəli Sarızadə muğam nümunələri ilə çıxış ediblər.

Sonra “Kainat Ritm Qrupu”nun ifasında qədim milli alətlər təqdim olunub. Bundan əlavə, beynəlxalq müsabiqələr laureatları Fərid Əzizli, Ceyran Abbaslı və Səma Vüqarlı musiqi nömrələr ifa ediblər.

Sonda Aşıq Azad Laçınlı aşıq sənətinin ənənələrini əks etdirən ifası ilə tədbirə xüsusi rəng qatıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay