UNEC əməkdaşları üçün “Daxili hesabatlılıq və icra intizamına nəzarət” mövzusunda təlim keçirilib.
Daxili audit şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Rəşad Muradov tərəfindən aparılan təlim zamanı əməkdaşlara daxili hesabatlılıq sisteminin əhəmiyyəti, sənəd dövriyyəsinin səmərəli təşkili, tapşırıqların vaxtında və keyfiyyətli icrasının təmin edilməsi, icra intizamına nəzarət mexanizmləri, eləcə də struktur bölmələri arasında effektiv koordinasiyanın gücləndirilməsi barədə ətraflı məlumat verilib. Həmçinin iştirakçılara hesabatların hazırlanması qaydaları, icra prosesində qarşıya çıxan çətinliklərin aradan qaldırılması yolları və daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı praktiki tövsiyələr təqdim olunub.
İnteraktiv formatda təşkil olunan təlim çərçivəsində əməkdaşları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.
Təlimin məqsədi universitetdə idarəetmə proseslərinin səmərəliliyinin artırılması, şəffaflığın gücləndirilməsi və icra intizamının daha da təkmilləşdirilməsi olub.