A

Tarixi həqiqətlərin daha yaxından öyrənilməsi, mənfur qonşularımız və onların havadarlarının törətdikləri fəlakətlərin gənclərə çatdırılması məqsədilə UNEC-in Türk Dünyası İşlətmə Fakültəsi (TUDİFAK) və Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin (BMDM) birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 25-ci ildönümü qeyd olunub.

Tədbirə fakültənin professor-müəllim heyəti, tələbələr, Xocalı faciəsinin canlı şahidləri və “Qürur” Şəhid Ailələri Xalq İctimai Birliyinin sədri Naibə Behbudova qatılıblar.

Azərbaycan və Türkiyənin dövlət himni səsləndirildikdən sonra fakültə dekanı Dos.Dr.Fərrux Tuzcuoğlu Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklər və türk xalqlarına qarşı aparılan soyqırım siyasətindən danışıb.

Xocalıdan bəhs edən sənədli filmin nümayişindən sonra faciənin canlı şahidləri və Milli Qəhrəman Səfiyar Behbudovun bacısı, Naibə Behbudova həmin qanlı gecədə erməni təcavüzkarlarının törətdikləri cinayətlərin yaddaşlardan heç zaman silinməyəcəyini bildiriblər. Xocalıda baş verənlərin təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyət, insanlıq əleyhinə törədilmiş qanlı cinayət olduğu vurğulanıb. Tədbirin sonunda Əhməd Cavadın “Susmaram” şeiri səsləndirilib.

UNEC-in Zaqatala filialında isə Xocalı soyqırımının 25 illiyi “Qanla yazılan tarix unudulmur” adlı tədbirdə anılıb.

Tədbir iştirakçıları filialın foyesində Xocalı faciəsini əks etdirən sərgiyə baxış keçiriblər. Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Zaqatala filialının direktoru, professor Orucəli Rzayev gəncləri Xocalı soyqırımı və ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi dünya dövlətlərinə çatdırmağa səsləyib.Tədbirdə Xocalı soyqırımı ilə bağlı mərüzələr dinlənilib, soyqırımın dünya ictimaiyyətinə çatdırılması üçün təkliflər səsləndirilib.

TOP XƏBƏRLƏR