Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Zaqatala Rayonu İcra Hakimiyyəti ilə UNEC-in üçüncü lektoriya keçirilib.
Zaqatala Rayon Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə filialın direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Orucəli Rzayev Ulu öndərin Azərbaycan dövlətçiliyinin formalaşmasında, ölkənin iqtisadi qüdrətinin möhkəmlənməsində misilsiz xidmətlərindən danışıb.
Ümumi fənlər kafedrasının müdiri, dosent Həqiqət Qədimova “Heydər Əliyev və milli-mənəvi dəyərlər” adlı məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycanın bugünkü və gələcək nəsillərinin Ulu öndərin şərəfli adı və ölməz ruhu qarşısında müqəddəs borcu onun qurub-yaratdığı müasir Azərbaycan dövlətinin daha da çiçəklənməsi və qüdrətlənməsi, xalqımızın rifahı naminə fədakarlıqla çalışmaq, milli birliyimizə sədaqətlə xidmət göstərməkdir.
Sonda Ümummilli lider Heydər Əliyevin həyatından bəhs edən sənədli film nümayiş etdirilib.