A

UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Öncə 100 ildə və ondan əvvəlki dövrdə erməni şovinistlərinin vəhşi əməllərinin qurbanı olan günahsız soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə kollecin direktoru, dosent Oruc Məmmədov erməni şovinistlərinin və onları dəstəkləyən qüvvələrin Azərbaycan xalqına qarşı düşmənçilik siyasətinin 200 ilə yaxın tarixi olduğunu bildirib. UNEC-in rektorunun kollec üzrə müşaviri, professor Nuru Mikayılov bildirib ki, tarixin müəyyən dövrlərində erməni şovinistləri ələ keçirmək istədikləri əraziləri yerli sakinlərdən təmizləmək niyyəti ilə Şərqi Anadoluda və Cənubi Qafqazda soyqırımı və terror aktları törədib, iki milyona qədər günahsız insan onların vəhşi əməllərinin qurbanı olub.

Kollecin müəllimi Xatirə Əlizadə “Azərbaycanlıların soyqırımının 100 ili: tarixə baxış” adlı məruzə ilə çıxış edib.

Sonra tələbələrin Azərbaycanlıların soyqırımına həsr etdikləri video-çarx izlənilib, ədəbi-bədi kompozisiya nümayiş etdirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay