A

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov UNEC-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan açıq mühazirədə iştirak edib.

UNEC-in “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müəllimi Zeynəb Qiyasovanın təşəbbüsü ilə reallaşan açıq mühazirədə İqtisadiyyat fakültəsinin professor-müəllim və tələbə heyəti iştirak edib.

C.Bəhramov tələbələrə beynəlxalq aləmdə və regionda baş verən proseslərdən bəhs edilərək bildirilib ki, xalqımızın maarifpərvər ziyalıları, dövrün siyasi xadimləri, yazıçı və şairləri daim milli kimliyimizin, dövlətçilik ənənələrimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində gərgin mübarizə aparıblar.

Tarixçi alim Cəbi Bəhramov qeyd edib ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti irqi, milli, dini, sinfi bərabərsizliyi ləğv edib, bütün vətəndaşların hüquq bərabərliyi təmin olunub. Milli kadrlar önə çəkilərək ordu quruculuğu istiqamətində mühüm addımlar atılıb, ermənilərin ölkəmizin qərbində, xüsusilə Qarabağ bölgəsində həyata keçirdiyi işğalçılıq siyasətinə son qoyulub: “Ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı qəbul olundu, himni və gerbi hazırlandı. Ana dili dövlət dili elan olundu. Maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, xarici ölkələrlə qarşılıqlı əlaqələr yaradılmasına başlandı, humanist və sülhsevər siyasət yürüdüldü. Ölkənin iqtisadi potensialı ixtisaslı kadrlar tərəfindən təhlil olunaraq qısa zaman kəsiyində bu sahədə ciddi inkişafa nail olundu”.

Mühazirədə həmçinin tarixçi alim Azərbaycanın bolşevik işğalı nəticəsində endirilən və bir də 1990-cı ildə istiqlal mübarizəsi meydanlarında görünən üçrəngli bayrağımızın yalnız ulu öndər Heydər Əliyevin sayəsində yenidən dövlət bayrağı kimi dalğalanmağa başladığı yeni tariximiz, Prezident İlham Əliyevin AXC-nin tariximizdə tutduğu yerə və liderlərinə verdiyi böyük qiymətin bariz nümunələrindən biri kimi Bakıda “İstiqlal Bəyannaməsi” abidəsinin ucaldılması, Azərbaycanın üçrəngli bayrağının şərəfinə Bayraq Meydanının inşası və bu meydanda dalğalanan bayrağımızın dünyanın ən uca bayrağı olması haqqında tələbələrə məlumat verib.

İqtisadiyyat fakültəsinin dekanı, dosent Asiman Quliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan açıq mühazirənin təşkilinin və UNEC-in gənc müəlliminin təşəbbüskarlığının xüsusilə təqdirəlayiq hal olduğunu qeyd edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay