A

Dünya universitetlərində ənənəvi təşkil olunan Oriyentasiya Gününün məqsədi yeni qəbul olan tələbələri universitet həyatı ilə tanış etmək və əyləncəli, pozitiv gün yaşatmaqdır.

Gün boyu tələbələr üçün UNEC barədə təqdimatlar keçiriləcək, məlumat və bələdçi xidməti fəaliyyət göstərəcək. Eyni zamanda tələbələrin ifasında musiqi, əyləncəli oyunlar, stolüstü tennis, rəsm sərgisi təşkil olunacaq. UNEC-in Karyera Mərkəzi universitet sıralarına yeni daxil olan tələbələr üçün məsləhətlər də təşkil edəcək.

Tədbir zamanı peşəkar foto və video xidməti də fəaliyyət göstərəcək.

Oriyentasiya günü saat 10:00-15:00-dək UNEC-in bütün tədris binalarında təşkil olunacaq.

Universitetə yeni qəbul olan tələbələrlə yanaşı, onların valideynləri və digər qonaqlar da tədbirə dəvətlidir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay