UNEC-in professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əməkhaqqı sistemində fakültələrin reytinqinin 2017/18-ci tədris ilinə olan nəticələri açıqlanıb. Reytinq müəllimlərin sistemdə topladığı ballara əsasən müəyyən edilib.
Differensial Əməkhaqqı Sisteminin tətbiqində məqsəd professor-müəllim heyətinin elmi-pedaqoji fəaliyyətini UNEC-in hədəfləri istiqamətinə yönəltməkdir. Bu baxımdan sistem UNEC-də nəticəyönümlü fəaliyyətlərin genişlənməsinə, professor-müəllim heyətinin fərdi və qrup məhsuldarlığının yüksəlməsinə, onlar arasında sağlam rəqabət mühitinin yaranmasına və onların işdən məmnunluq səviyyəsinin yüksəlməsinə zəmin yaratmaqla, tədris, elmi-tədqiqat və inzibati fəaliyyətlərin səmərəliliyini və keyfiyyətinın yüksəlməsinə xidmət edir.
2017-2018-ci TƏDRİS İLİ ÜZRƏ UNEC DİFFERENSİAL ƏMƏKHAQQI SİSTEMİNDƏ FAKÜLTƏLƏRİN REYTİNQ SİYAHISI |
||
Reytinq |
Fakültə |
Balı |
1 |
Türk dünyası işlətmə |
23.643 |
2 |
Beynəlxalq İqtisadiyyat Məktəbi |
17.608 |
3 |
Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi |
16.861 |
4 |
Əmtəəşünaslıq |
15.504 |
5 |
Texnologiya və dizayn |
14.894 |
6 |
Rus İqtisad Məktəbi |
14.610 |
7 |
İqtisadiyyat |
14.097 |
8 |
Maliyyə və mühasibat |
13.623 |
9 |
Biznes və menecment |
13.611 |