A

2018-ci ildən etibarən UNEC-də ISO 9001:2015 “Keyfiyyəti İdarəetmə Sistemi” (KİS) üzrə yeni standartların tətbiqinə başlanılıb.

Yeni standartların tətbiqi ilə bağlı Türk Standartları İnstitutunun baş auditoru tərəfindən UNEC-in müxtəlif struktur bölmələrinin əməkdaşlarından ibarət işçi qrupuna ISO 9001:2015 “Keyfiyyəti İdarəetmə Sistemi” mövzusunda təlimlər keçib. Eyni zamanda Türk Standartları İnstitutunun auditorları UNEC-də 2018-ci ilin ISO 9001:2015 KİS  üzrə xarici auditini həyata keçiriblər. 4 gün davam edən auditdə UNEC-də keyfiyyəti idarəetmə sisteminin təkmilləşdirilməsi, struktur bölmələri, mərkəz, fakültə və kafedralar üzrə KİS-in icra sənədlərinin auditi aparılıb. Auditin son günü universitet rəhbərliyi və əməkdaşlarının iştirakı ilə keçirilən yekun iclasda, auditin nəticələrinə dair qərar verilib.

Türk Standartları İnstitutu tərəfindən “ISO 9001:2015 “Keyfiyyəti İdarəetmə Sistemi” üzrə yeni standart sertifikatı UNEC-ə təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay