A

UNEC-də 2 fevral Gənclər Günü münasibəti ilə GTGT, TEC, THİK və Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə istedadlı tələbələrin iştirakı ilə konsert keçirilmişdir.

Tədbirdə UNEC-in tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova iştirak etmişdir. Çıxışı zamanı S.Qəndilova dövlət gənclər siyasətinin uğurlu inkişafından söz açdı. Ulu öndərin yürütdüyü və miras qoyduğu gənclər siyasətinin dövlət başçısı tərəfindən uğurla həyata keçirildiyini bildirən natiq gənclərin fəal olmasının və vətənimiz üçün çalışmasının zəruriliyini vurğulayaraq, tələbələri Gənclər günü münasibətilə təbrik etdi.

TEC, TGT və THİK-in nümayəndələri və ümümulikdə universitetin ictimai həyatında fəal iştirak edən 15 tələbə Fəxri Fərmanla təltif olunmuşdurlar.

Tədbir tələbələrin çıxışlarından ibarət musiqili konsertlə davam etmişdir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay