A

Yanvrın 16-17 tarixlərində Türk Standartları İnstitutunun nümayəndələri tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Keyfiyyəti İdarəetmə Sisteminin auditi həyata keçirilib.

Audit zamanı UNEC-də keyfiyyəti idarəetmə sisteminin təkmilləşdirilməsi, bütün struktur bölmələri, mərkəz, fakültə və kafedraları üzrə keyfiyyəti idarəetmə sisteminin tələblərinin icra səviyyəsi qiymətləndirilib.

Qeyd edək ki, UNEC ilk dövlət universitetidir ki, ISO 9001:2015 KİS üzrə beynəlxalq sertifikata layiq görülüb.

TOP XƏBƏRLƏR