A

UNEC-də Elmi Şuranın növbəti iclası keçirilb.

İclasda 2020/2021-ci tədris ilində payız semestrinin I modulu  üzrə imtahan sessiyasının təşkili, II modula hazırlığın vəziyyəti, eləcə də bakalavriat səviyyəsi üzrə təhsil alan tələbələrin istehsalat təcrübəsinin təşkili və keçirilməsi haqqında qaydalar barədə müzakirələr aparılıb.

UNEC İmtahan Mərkəzinin direktoru, dos. Söhrab İsayev I modul üzrə imtahan sessiyası qaydalarının tələbələrin şəxsi kabinetlərinə göndərildiyi, eləcə də I kurslar üçün sınaq imtahanlarının keçirildiyi qeyd bildirib. I modul üzrə imtahanlarda tələbənin biliyinin qiymətləndirilməsinin 100 ballıq sistemlə aparılacağı və imtahanlara nəzarətin proktorlar tərəfindən həyata keçiriləcəyini diqqətə çatdırıb. Qeyd olunub ki, imtahan sessiyası dövründə Qaynar Xətt xidməti, eləcə də fakültələr üzrə facebook səhifələrinin fəaliyyətində operativlik təmin olunacaq.

II modula hazırlıq vəziyyəti barədə çıxış edən tədris və təlim texnologiyaları üzrə prorektor, dos.Anar Rzayev akademik təqvimin hazırlandığını və II modulun 14 dekabr 31 yanvar tarixinədək davam edəcəyini bildirib. II modulda xaricdə yaşayan azərbaycanlı alimlərin distant tədrisə cəlb olunacağının nəzərdə tutulduğunu diqqətə çatdırıb. A.Rzayev texniki-texnoloji ixtisaslar üzrə 3 virtual laboratoriyanın yaradıldığını, digər ixtisaslar üzrə də virtual laboratoriyaların  yaradılması istiqamətində işlərin aparıldığını, eləcə də 93 fənn üzrə 1000-dən artıq asinxron videodərslərin hazırlandığını deyib. II modulda məsləhət saatlarının keçirilməsinin də nəzərdə tutulduğunu vurğulayıb.

Çıxışlardan sonra rektor, professor Ədalət Muradov şura üzvlərinə I modulun yekunları barədə məlumat verib. Fakültələr üzrə distant dərslərin təşkili səviyyəsinin və tələbələrin dərsə davamiyyətinin monitorinqinin aparıldığını diqqətə çatdıran rektor, nəticələr üzrə müqayisəli təhlilləri açıqlayıb. II modulda tələbələrin dərslərdə fəallığının artırılması və dərslərin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində fakültələr və müvafiq strukturların təkliflərlə çıxış etməsini bildirib.

Sonra strateji məsələlər üzrə prorekror, professor Mirdaməd Sadıqov bakalavriat səviyyəsi üzrə təhsil alan tələbələrin istehsalat təcrübəsinin təşkili və keçirilməsi qaydaları barədə çıxış edib. Çıxışdan sonra müzakirələr aparılaraq, təkliflər səsləndirilb.

Şurada “UNEC-in vəsaiti hesabına müəllimlərin tədris vəsaitlərinin nəşr edilməsi Qaydaları”, “Xarici dildə işgüzar və akademik kommunikasiya” fənni üzrə cari və aralıq qiymətləndirmə Qaydaları” səsləndirilib və qaydaların təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay