A

UNEC-də 15 İyun Milli Qurtuluş Gününə həsr olunan silsilə tədbirlər keçirilib.

UNEC Rus İqtisad Məktəbində keçirilən tədbirdə mərkəzin direktoru dosent Mənsur Bərxudarov ümummilli lider Heydər Əliyevin ictima-siyasi fəaliyyətindən söz açaraq, dahi şəxsiyyətin növbəti dəfə hakimiyyətə gəlişi ilə ölkəmizdə dövlət quruculuğu prosesinin yeni nümunəsinin yarandığını bildirib. Bu qayıdışla müasir, demokratik və sarsılmaz Azərbaycan dövlətinin əsasının qoyulduğunu, Azərbaycanın iqtisadi inkişafının təməl prinsipləri yarandığını diqqətə çatdırıb.

Növbəti tədbir Ümumi fənlərin tədrisinin təşkili Departamenti və Biznes və menecment fakültəsinin təşkilatçılığı ilə keçirilib. Tədbirdə departamentin direktoru dosent Gulnarə Rzayeva və fakültə dekanı dosent Miraga Əhmədov çıxış edərək ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin siyasi bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, nizami ordu quruculuğu prosesinə başlandığını, cəmiyyətin inkişafı üçün fundamental əsasların yaradıldığını bildiriblər.

"Ticarət və logistika" kafedrasının müdiri, professor Arif Şəkərəliyev və "Humanitar fənlər" kafedrasının dosent Telman Niftaliyev məruzələrlə çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan milli dövlətçilik tarixində müstəsna rolu barədə geniş məlumat veriblər.

İqtisadiyyat fakültəsi və fakültə mentorluq xidmətinin birgə təşkilatçılığı ilə keçirilən tədbir “Müstəqillik tariximizin dönüş nöqtəsi: Milli Qurtuluş günü” mövzusunda olub.

İqtisadiyyat fakültəsinin dekanı dosent Asiman Quliyev dahi şəxsiyyət və böyük dövlət xadimi Heydər Əliyevin 1993-cü ilin iyun günlərində yenidən hakimiyyətə qayıdışının Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etdiyini, qısa müddətdə ölkədə siyasi-iqtisadı sabitlik yaratmağa nail olan ulu öndərin dövlətimizin və millətimizin qurtuluşuna imza atdığını diqqətə çatdırıb.

Tədbirdə iştirak edən Milli Məclisin komitə sədri dosent Sadiq Qurbanov tarixi hadisəni şərh edərkən Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələr məkanında nəzərəçarpan dönüş yarandığını bildirib. Ulu öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması istiqamətində mühüm addımlar atıldığını, hüquqi və dünyəvi dövlət quruculuğunda yeni-yeni nailiyyətlər əldə edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra "İqtisadiyyatın tənzimlənməsi" kafedrasının müdiri professor Məhiş Əhmədov, "Sosial inkişaf iqtisadiyyatı və qiymətləndirmə" kafedrasının müdiri, professor Əli Əlirzayev çıxışlarında ölkəmizdə böyük ictimai, siyasi, tarixi əhəmiyyətə malik 15 iyun- Milli Qurtuluş Günü ilə bağlı fikirlərini bölüşüblər.

Mühəndislik fakültəsində “Milli Qurtuluş günü və Azərbaycanda dövlət quruculuğu” mövzusunda təşkil olunan tədbirdə dekan vəzifəsini icra edən dosent Elçin Səmədov, "Humanitar fənlər" kafedrasının dosenti Telman Niftəliyev, "Mühəndislik və tətbiqi elmlər" kafedrasının müdiri professor Rövnəq Rzayev, dosent Tofiq Osmanov, professorlar Vəkil Hüseynov, Məzahir Fərzəliyev çıxış edərək, müstəqil Azərbaycanın çətin vaxtlarında, dövlətçiliyimizin ağır günlərində məhz ulu öndər Heydər Əliyevin uğurlu siyasətinin müstəqil Azərbaycanın dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, mülki cəmiyyətin qurulması, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həllinə təkan verdiyini, müasir Azərbaycanın siyasi və hərbi cəhətdən qüdrətli dövlətə çevrilməsini şərtləndirdiyini bildiriblər.

Türk Dünyası İqtisad fakültəsinin Milli Qurtuluş Gününə həsr etdiyi tədbirdə dekan müavini Cəvahir Məmmədova, baş müəllim Nəriman Xanəhmədov, TUDİFAK TGT sədri Cəmil Hacıyev bu günün tarixi əhəmiyyəti və dövlətçiliyimizin möhkəmləndirilməsindəki rolu barədə danışıblar. Ulu öndər Heydər Əliyevin Azərbaycanın milli qurtuluşuna, inkişafına verdiyi töhfələrdən söhbət açıblar. Tədbirdə Milli Qurtuluş Günündən bəhs edən videoçarx izlənilib.

Maliyyə və mühasibat fakültəsində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə fakültənin dekan müavini Abdulkərim Sadıqov, Maliyyə və maliyyə institutları kafedrasının dosenti Zöhrab Paşayev, fakültə THİK sədri Kərim Kərimov, fakültənin müəllimləri Yeganə Həkimova, Sevinc Hüseynova, Esmira Quluzadə və tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edənlər Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki əhəmiyyətindən danışıblar, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin siyasi xaosdan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, dövlətin möhkəmləndirilməsi və cəmiyyətin inkişafı üçün fundamental əsasların yaradıldığını bildiriblər.

Rəqəmsal iqtisadiyyat fakültəsi və UNEC Dizayn məktəbinin birgə təşkilatçılığı ilə də Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə fakültənin dekan vəzifəsini icra edən dosent Elman Cəfərov, "Dizayn" kafedrasını müdiri dos. Elfanə Qasımova,  "Humanitar fənlər" kafedrasının müdiri professor Vəkil Həsənov Milli Qurtuluş Gününün xalqımızın tarixindəki ictimai, siyasi əhəmiyyətindən danışıblar.

Tədbirə qatılan BDU-nun dosenti, tarix elimləri doktoru Fazil Baxşəliyev isə “Milli Qurtuluş dövlətçiliyimizin tarixində yeni mərhələ kimi” mövzusunda məruzə ilə çıxış edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay