A

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində 20 Yanvar hadisələrinin 32-ci il dönümü ilə əlaqədar tədbir keçirilib.  

Tədbirdə vətən uğrunda canlarından keçmiş əbədiyaşar şəhidlərimizin əziz xatirəsi yad edildi.

Kollecin direktoru dos. Oruc Məmmədov və UNEC rektorunun kollec üzrə məsləhətçisi prof. Nuru Mikayılov çıxış edərək 20 Yanvar hadisələrindən, ümummilli lider Heydər Əliyevin bu qanlı əməliyyata kəskin etirazından, Prezident İlham Əliyevin şəhid ailələrinə diqqət və qayğısından danışıblar.

Tədbirdə kollecin müəllimi Təranə Cavadova 20 Yanvar hadisələrinə dair geniş məlumatla çıxış edib.

Sonda 20 Yanvar hadisələrinin həsr edilmiş videoçarx nümayiş etdirilib.  

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay