A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC ) “UNEC Future Club” Tələbə Təşkilatının və UNEC Dizayn Məktəbinin birgə təşkilatçılığı ilə “Şəhidlər ölməz, vətən bölünməz ” adlı tədbir keçirilib.

Tədbirdə Vətən müharibəsi qəhrəmanları 33 gün əsirlikdə qalan Amin Musayev, qazi Camal Alxasov və tanınmış idmançı, peşəkar məşqçi Kamil Zeynallı iştirak ediblər.

Şuşa ətrafında gedən döyüşlərdə yaralanan Amin Musayev torpaqlarımızın azad olunması istiqamətində aparılan döyüşlərdən, əsirlikdə başına gətirilənlərdən danışıb.

Vətən müharibəsində iki ayağını itirmiş, bədənində çoxsaylı qəlpə yaraları olan Camal Alxasov tələbələrə 44 günlük müharibə barədə məlumat verib, döyüş yolundan bəhs edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay