A

Bakı VIII Beynəlxalq Kitab Sərgisi çərçivəsində UNEC Kitabxana-İnformasiya Mərkəzinin və UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin birgə təşkilatçılığı ilə UNEC tərəfindən işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinə həsr edilmiş 3 kitabın təqdimat mərasimi keçirilib.

Tədbirin moderatoru, UNEC KİM-in direktoru, tar.ü.f.d Adilə Abdullayeva qeyd etmişdir ki, dövlətin və bütövlükdə cəmiyyətin inkişafında əvəzolunmaz rolu olan kitabın aktual olduğu bir dönəmdə işğaldan azad edilən torpaqların dirçəlişinə həsr olunan kitabların təqdimatının məhz beynəlxalq tədbir çərçivəsində reallaşdırılması xüsusi əhəmiyyət kəsb edir. A.Abdullayeva təqdim olunan kitabların iş adamları, sahibkarlar və digər kommersiya subyektləri üçün də yol xəritəsinə çevriləcəyindən əminliyini ifadə edib.

Layihə rəhbəri və BMDM-in direktoru, dos. Fariz Əhmədov, BMDM-in direktor müavini, dos. Aytən Hüseynli, Kiçik və Orta Biznesin İnkişafı UNEC Tədqiqat Mərkəzinin direktoru Cəbrayıl Vəliyev, dos. Kəmalə Nəcəfova çıxış edərək, kitablarda əksini tapan elmi araşdırma nəticələrinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının milli iqtisadiyyata reinteqrasiyası baxımından aktuallığını vurğulayıblar. Aytən Hüseynli “Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafinda investisiyaların rolu” kitabından söz açaraq, kitabın 3 dildə (azərbaycan, ingilis, rus) 10 elmi-tədqiqat ağırlıqlı məqalələr toplusu şəklində olduğunu bildirib.

Cəbrayıl Vəliyev isə “Qarabağda biznes mühiti və kiçik və orta biznesin inkişafı” kitabı haqqında məlumat verib. Kitabın mövzularının Qarabağda və Şərqi Zəngəzurda biznes mühiti, kiçik və orta biznesin inkişafı, maliyyələşdirilməsi, iqtisadiyyatın bərpası, sahibkarlığın inkişafında dövlət-özəl sektor tərəfdaşlığı və s il bağlı olduğunu vurğulayıb.

 “Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının sektoral qiymətləndirilməsi” kitabından söz açan Kəmalə Nəcəfova, kitabda Qarabağ iqtisadi rayonunun işğaldan öncəki dönəmdə respublikanın iqtisadi təhlükəsizliyinin təminatındakı rolundan, regionun iqtisadi potensialından və s. mövzulardan bəhs edildiyini bildirib.

Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb və təqdimatda iştirak edən qonaqlara kitablar hədiyyə olunub.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay