A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 20 nömrəli məktəbin direktor müavini Mətanət Əhmədova və fizika müəllimi Xumar Hacıyevanın rəhbərliyi ilə “Sabahın alimləri” layihəsinin iştirakçısı olan abituriyentlər üçün tanışlıq və laboratoriya ziyarəti təşkil olunub.

Rəqəmsal İqtisadiyyat fakültəsinin dekanı, dos. Elman Cəfərov ziyarətçiləri qəbul edib və UNEC-in Laboratoriyaların işinin təşkili mərkəzinin direktoru, dos. Ramil Sadıqovun rəhbərliyi ilə laboratoriyalarda həyata keçirilən elmi-tədqiqat işləri barədə məlumat verib.

Ziyarət çərçivəsində abituriyentlər UNEC-in müasir laboratoriyaları ilə yaxından tanış olub, burada aparılan elmi-tədqiqat fəaliyyətləri, innovativ texnologiyalar və tədris prosesində tətbiq olunan praktik imkanlar haqqında ətraflı məlumat əldə ediblər. Laboratoriya əməkdaşları və müəllimlər tərəfindən şagirdlərə avadanlıqların iş prinsipi, istifadə sahələri və gələcəkdə bu istiqamətdə mövcud təhsil imkanları izah olunub.

Görüşün məqsədi abituriyentlərin ali təhsil müəssisəsinə və elmi fəaliyyətə marağının artırılması, həmçinin onların gələcək ixtisas seçiminə dəstək göstərmək olub.

Ziyarət iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

TOP XƏBƏRLƏR