Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21.02.2024-cü il tarixli KQ-02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”na əsasən xaric olan təhsilalanların bərpası xaric olma tarixindən 15 il müddətində qış və yay tətili dövründə həyata keçirilir.
Bu zaman payız semestrində təhsil müəssisəsindən xaric olunan şəxslər növbəti payız semestrində (semestrlərində), yaz semestrində xaric olunan şəxslər isə yalnız növbəti yaz semestrində (semestrlərində) təhsil müəssisəsinə bərpa olunurlar.
Bərpa üçün ərizələr 06 iyul - 04 sentyabr 2026-cı il tarixinədək qəbul edilir.
Tələb olunan sənədlər:
- rektorun adına yazılmış ərizə ( fakültə, ixtisas, təhsil ili, xaric olunma tarixi, e-mail adres, əlaqə nömrəsi dəqiq göstərilməklə);
- şəxsiyyət vəsiqəsinin surəti (soyad dəyişildiyi halda dəyişilmə haqqında müvafiq sənədin surəti əlavə olunmalıdır);
- hərbi biletin surəti;
- təhsil haqqı borcunun olmaması barədə arayış;
- arxiv arayışı (2015-ci ilədək xaric olunanlar üçün).
Əlaqə nömrəsi: (012) 4925903 (daxili: 1012)