Imotors şirkəti mühasibatlıq sahəsində karyera qurmaq istəyən namizədlər üçün Mühasib Köməkçisi vəzifəsi üzrə vakansiya elan edib.

Vakansiyaya müraciət edən namizədlərdən maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahələri üzrə ali təhsilə malik olmaları, MS Excel proqramını yaxşı səviyyədə bilmələri tələb olunur. Müvafiq sahədə iş təcrübəsinə malik namizədlərə üstünlük veriləcək.

Vəzifə öhdəliklərinə gündəlik maliyyə əməliyyatlarının sənədləşdirilməsi, elektron qaimə-fakturaların hazırlanaraq sistemə daxil edilməsi, bank əməliyyatlarının izlənilməsi, mühasibat sənədlərinin arxivləşdirilməsi, vergi və digər dövlət qurumlarına təqdim ediləcək hesabatların hazırlanmasında iştirak, eləcə də digər köməkçi mühasibat işlərinin yerinə yetirilməsi daxildir. Namizəd həmçinin kassa aparatına nəzarəti həyata keçirəcək.

Şirkət tərəfindən təklif olunan əmək haqqı 600–700 AZN təşkil edir. İş qrafiki həftənin 5 günü, iş saatları isə 08:30-dan 17:30-dək nəzərdə tutulub. İş yeri Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi 44 ünvanında, Ulduz metro stansiyasının yaxınlığında yerləşir.

Tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində “Mühasib Köməkçisi” qeyd etməklə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına göndərə və ya vakansiya üzrə onlayn müraciət edə bilərlər.

Son müraciət tarixi 15 iyun 2026-cı il tarixidir. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

TOP XƏBƏRLƏR