A

Aprelin 30-da “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində  Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsi və UNEC Avropa İqtisadiyyatı Mərkəzinin birgə təşkilatçılığı ilə “GUAM regionunda milli olaraq müəyyən edilmiş öhdəliklər- icra vəziyyəti və irəli doğru addımlar” mövzusunda elmi müzakirə keçiriləcək.

Tədbirdə GUAM dövlətlərinin davamlı inkişafı üçün atılan addımlar, dinamik iqtisadi artım, sosial ahənglik və ətraf mühitin mühafizəsi, iqtisadiyyat, ticarət, nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsi, Azad Ticarət Zonası haqqında sazişlərin həyata keçirilməsi, Enerji təhlükəsizliyi sahəsində səylərin fəallaşdırılması, GUAM dövlətlərinin beynəlxalq tranzit potensialından istifadə olunması və s. mövzular müzakirə olunacaq.

 

TOP XƏBƏRLƏR