Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) elmi-pedaqoji heyəti, doktorant, dissertant, magistr və tələbələri pandemiya dövründə Scopus bazasından məsafəli istifadə hüququnu əldə etmək üçün ilk olaraq www.scopus.com səhifəsindən qeydiyyatdan keçməlidir.

Scopus səhifəsinin interfeysinin yuxarı sağ küncündəki universitet işarəsini klikləyərək, “Check access” düyməsini seçib, tələb olunan məlumatları dolduraraq Elsevier şirkəti tərəfindən elektron poçt ünvanına göndərilən prosedura əməl etməlidir.

UNEC professor-müəllim heyətinin qeydiyyatdan rəsmi elektron poçt ünvanı (nümunə: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.) ilə keçməsi arzuolunandır. Bununla yanaşı, yaxın gələcəkdə keçirilməsi nəzərdə tutulan Scopus təlimlərində iştirak edəcək nümayəndələrin bu bazadan məsafəli istifadə hüququnun əldə etməsi məsləhət görülür.

Scopus bazasından qeydiyyatdan keçdiyi gün daxil olmaqla birillik məsafəli istifadə hüququ təmin olunan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) nümayəndələrinin siyahısı.

SİYAHI

TOP XƏBƏRLƏR