Scopus nüfuzlu elmi platformasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 234 tədqiqatçısının müəllif profili mövcuddur (SİYAHI).

Bu bazada müəllif profili tədqiqatçının elmi əsəri indeksləndiyi zaman avtomatik olaraq Elsevier şirkəti tərəfindən yaradılır. Scopus müəllif profili və tədqiqatçının metrik göstəriciləri haqqında geniş məlumatı linkindən əldə etmək mümkündür.

Bu bazada elmi əsərləri indeksləşən lakin siyahıda yer almayan və ya adları eyni siyahıda iki və daha artıq sayda təkrarlanan UNEC əməkdaşlarından Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına müraciət olunması xahiş olunur. Müraciət zamanı mütləq şəkildə elmi əsərlərin bazada indeksləşdiyini təsdiq edən aşağıdakı məlumatlar təqdim olunmalıdır:

  • Məqalənin adı
  • Jurnalın adı (həmin məqalənin çap olunduğu)
  • Məqalənin junaldakı linki

Qeyd etməliyik ki, eyni siyahıda müəllifin adının iki və daha artıq sayda təkrarlanması müəllifin istinad göstəricilərinə mənfi təsir edən əsas faktordur.

TOP XƏBƏRLƏR