A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan Elm festivalı təşkil olunacaq.

Elm festivalının rəsmi açılış mərasimi 01.03.2023-ci il tarixində, saat 10:00-da UNEC-in əsas tədris binasında keçiriləcək.

1-27 mart tarixinədək davam edəcək Elm festivalında plenar iclas, panel müzakirələr, dəyirmi masalar, elmi seminarlar, açıq-elmi populyar mühazirələr, debat, kitab sərgisi və yarmarkası və s. proqramların təşkili nəzərdə tutulub.

UNEC-in professor-müəllim heyətini və tələbələri 1 ay boyunca keçiriləcək Elm festivalında iştirak etməyə dəvət edirik.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay