A

Dekabrın 26-da Azərbaycanda Beynəlxalq Təhsil İmkanları Forumu öz işinə başlayacaq.

Forumda dövlət qurumlarının nümayəndələri, yerli ali təhsil müəssisələrinin rəhbər şəxsləri, təhsil işçiləri, beynəlxalq ekspertlər və əcnəbi tələbələr iştirak edəcəklər.

Forumun keçirilməsində məqsəd hər ilin sonu yerli ali təhsil müəssisələri ilə keçirilən ənənəvi görüşün daha produktiv modelinə keçid, 2023-2024-cü tədris ili üzrə əcnəbilərin Azərbaycanda təhsilinə dair hesabatın təqdim olunması, universitetlərin beynəlmiləlləşmə sahəsində inkişafını müzakirə etmək, eləcə də 2023-cü ildə əcnəbilərlə iş sahəsində fərqlənən universitetləri rəğbətləndirməkdir.

Forumda “Əcnəbi vətəndaşların cəlbinin təşviqi və təşkili” və “Beynəlxalq reytinq cədvəllərində iştirak və proqramların akkreditasiyası” mövzuları üzrə panel müzakirələri keçiriləcək.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay