Mayın 30-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) dil bacarıqlarına həsr olunan III Beynəlxalq Forum keçiriləcək.
Forum ilk dəfə olaraq Pekin Xarici Dillər Universiteti Asiya fakültəsinin tərəfdaşlığı ilə baş tutacaq.
Tədbirdə dil bacarıqları, qlobal iqtisadi imkanlar, təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirəyə çıxarılacaq.