A

2025-ci il oktyabrın 23-də Bakıda İslam maliyyəsi sahəsində mühüm tədbirlərdən biri olan İslam Maliyyə Forumu (İMF-2025) keçiriləcək.

Forum İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi (SER)-nin təşəbbüsü və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)-nin dəstəyi ilə baş tutacaq.

Tədbir UNEC-in 2 saylı  tədris korpusunun Böyük konfrans zalında  keçiriləcək və saat 09:00-dan 13:30-a qədər davam edəcək.

Forumda İslam maliyyəsi sahəsində mövcud çağırışlar, investisiya imkanları və inkişaf perspektivləri müzakirə olunacaq. İştirakçılar bu sahədə aparıcı ekspertlərin təqdimatlarını dinləmək, praktiki bilik və təcrübə əldə etmək imkanı qazanacaqlar.

Tədbirin tərəfdaşları arasında Azərbaycan Respublikası Mərkəzi Bankı, AR Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), QHT-lərə Dövlət Dəstəyi Agentliyi, Türkiyə Katılım Bankalar Birliyi (TKBB), AR Sahibkarlar Təşkilatları Milli Konfederasiyası (ASK), UNEC İslam İqtisadiyyatı və Maliyyəsi Tədqiqat Mərkəzi, Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) və MÜSİAD Azərbaycan yer alır.

Qeydiyyat və iştirak:

Tədbirdə iştirak etmək istəyən şəxslər 20 oktyabr 2025-ci il saat 12:00-a qədər qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün aşağıdakı linkdən istifadə oluna bilər:
Qeydiyyat forması

Forumun ətraflı proqramı ilə bu linkdən tanış olmaq mümkündür:

Tədbir proqramı

Əlaqə üçün:

 0777672467
 0702409525
 (012)4327175
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

TOP XƏBƏRLƏR