A

Elsevier Researcher Academy tərəfindən 29 may 2019-cu il tarixində, saat 13:00-da “Qrant layihələrinin maliyyələşdirilməsini necə təmin etməli?” mövzusunda vebinar keçirəcəkdir.

Vebinarın müzakirə mövzuları

  • Qrant layihəsi yazarkən hansı nüanslara diqqət yetirmək lazımdır?
  • Qrant layihələrini maliyyələşdirmə mənbələrinin (sponsor) tələblərinə necə uyğunlaşdırılmalı?
  • Tədqiqatçı kimi karyeranızın ilkin mərhələsində tədqiqatınızı necə uğurlu qrant layihəyə çevirə bilərsiniz?

Vebinar məruzəçiləri Reaxys Phd mükafatının qalibləri, öz araşdırmalarına görə yüksək maliyyə dəstəyi və təqaüd almış Jamie Hicks və Andre Jupp olacaqdır. Onlar elmi tədqiqatçı kimi qrant layihələrinə müraciət və onların yazılması qaydalarını izah edəcək və öz təcrübələrini bölüşəcəklər. Digər məruzəçilər isə Aoife Cahil və Annalisa Montesanti qrant layihələrin maliyyələşdirən sponsorların ən çox üstünlük verdiyi nüansları və onların tələblərindən bəhs edəcəklər.

İştirak etmək arzusunda olan professor-müəllim heyəti, əməkdaşlar, doktorantlar, dissertantlar, magistrantlar və tələbələr aktiv olan email ünvanları ilə (rəsmi email ünvan-  @unec.edu.az olması daha məqsədəuyğundur) https://researcheracademy.elsevier.com/   linkinə daxil olaraq qeydiyyatdan keçməlidir.

Vebinarı izləmək üçün https://researcheracademy.elsevier.com/research-preparation/funding/secure-funding-ecr-edition linkinə daxil ola bilərsiniz.

Əlavə məlumat almaq üçün EFTİED “Elmmetrika” şöbəsinə müraciət edə bilərsiniz:

492-72-98

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay