A

Türkiyənin Sakarya Universitetində 5-ci International Conference on Innovations in Natural Sciences and Engineering (ICINSE 2026), 7-ci International Turkic World Conference on Chemical Sciences and Technologies (ITWCCST 2026) və 6-cı International Turkish Conference on Humic Substances (ITCHS 2026) beynəlxalq konfransları keçirilib.

Təxminən 25 ölkədən 200-dən çox alim və mütəxəssisin iştirak etdiyi nüfuzlu elmi platformada Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) beynəlxalq tərəfdaş qismində təmsil olunub.

Konfransın açılış mərasimində çıxış edən UNEC-in Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Rövnəq Rzayev beynəlxalq elmi əməkdaşlığın, birgə tədqiqatların və akademik tərəfdaşlığın inkişafının müasir dövrdə xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, bu cür beynəlxalq platformaların elm adamları arasında təcrübə mübadiləsinin genişlənməsinə, yeni elmi əməkdaşlıqların qurulmasına və innovativ tədqiqatların inkişafına mühüm töhfə verdiyini qeyd edib.

Tədbirin ilk günü rəsmi açılış mərasimi, protokol çıxışları və elmi təqdimatlarla yadda qalıb. Növbəti günlərdə isə təbiət elmləri, kimya, mühəndislik və humik maddələr sahələrində aktual mövzulara həsr olunmuş elmi sessiyalar, məruzələr, panel müzakirələri və ustad dərsləri təşkil edilib.

Sonda Sakarya Universitetinin Konqres Mərkəzində keçirilən “Türk Dünyası Musiqiləri” adlı konsert müxtəlif ölkələrdən gələn iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

TOP XƏBƏRLƏR