UNEC-də “Biliyin yayılması, innovasiya, universitetlər” mövzusunda onlayn seminar keçiriləcək.
Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin rəhbəri dos. Altay İsmayılovun moderatorluğu ilə keçiriləcək seminarda Köln Biznes Məktəbinin Strateji İdarəetmə üzrə professoru Dr. Odiljon Abdurazzakov, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin direktoru dos. İsa Qasımov, Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin tədqiqatçısı Təhmasib Əlizadə məruzələrlə çıxış edəcəklər.
Seminar UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək.
2 aprel 2021-ci il tarixində saat 18.00-da keçiriləcək onlayn seminara ZOOM platforması üzərindən https://zoom.us/j/95623582650 vasitəsilə qoşula bilərsiniz.