A

UNEC-də Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi, Rəqəmsal iqtisadiyyat tədqiqat mərkəzi və Əmək bazarının monitorinqi mərkəzinin təşkilatçılığı ilə “İqtisadiyyatın rəqəmsallaşmasının məşğuliyyətə təsiri” mövzusunda onlayn seminar keçiriləcək.

Seminarda Rəqəmsal İqtisadiyyat Tədqiqat Mərkəzinin rəhbəri Ülviyyə Rzayeva və Milli Observatoriyanın Əmək bazarının təhlili və monitorinqi şöbəsinin müdiri Mətləb Mahmudov məruzələrlə çıxış edəcəklər.

28 dekabr 2021-ci il tarixində saat 15.00-da keçiriləcək seminara zoom platformasıüzərindən https://zoom.us/j/91593321074 linki vasitəsilə qoşula bilərsiniz.

SEMİNARI İZIƏYƏ BİLƏRSİNİZ

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay