A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2023-cü il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir. 

  1. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə etməklə), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları sənəd verə bilərlər. 
  1. Elmlər doktoru proqramı üzrə təhsil üçün seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmaq potensialına malik və “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər. 
  1. Dissertantlıq yolu ilə fəlsəfə doktoru proqramına qəbul olunmaq üçün ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə etməklə), yaxud təhsili ona bərabər tutulan, müvafiq tədqiqat sahəsində müvəffəqiyyətləri, əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan, azı iki il elmi-pedaoji stajı olan elmi və elmi-pedaqoji kadrlar müraciət edə bilərlər. Dissertanturada hazırlıq UNEC-də işləməyən şəxslər üçün ödənişlidir. 
  1. Doktorantura və ya dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

- kadrların şəxsi qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi əsərlərin siyahısı (elmi əsərlərin nəşr edildiyi jurnaldan çıxarılan surətləri əlavə edilməklə). Elmi əsərlər iddiaçının seçdiyi ixtisasa uyğun olmalıdır. Elmi əsərləri olmayanlar seçdikləri ixtisasa aid olan mövzu üzrə referat təqdim etməlidirlər (referatın məzmununa və tərtibinə dair tələbləri https://unec.edu.az/application/uploads/2015/02/Referat-n-yaz-lmas-na-t-l-bl-r.pdf  səhifəsindən götürmək olar);
- ali təhsil haqqında diplomların (diplomun) və qiymət cədvəllərinin (qiymət cədvəlinin) notarial qaydada təsdiq olunmuş surətləri (xarici ölkələrdə təhsil almış vətəndaşlar üçün təhsil haqqında sənədin tanınması barədə Elm və Təhsil Nazirliyinin şəhadətnaməsi);
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- fəlsəfə doktoru (elmlər namizədi) diplomunun notarial qaydada təsdiq edilmiş surəti (elmlər doktoru proqramı üzrə sənəd verənlər üçün). 

  1. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyənlər 2023-cü ilin iyun ayında Xarici dil (Dövlət İmtahan Mərkəzində) fənnindən, 4,5,6 sentyabr tarixlərində Fəlsəfə fənnindən, 11,12 və 13 sentyabr tarixlərində isə İxtisas fənnindən imtahan verəcəklər. 
  1. Doktorantura və ya dissertanturaya sənədlərin qəbulu 12 aprel-16 may 2023-cü il tarixlərində www.portal.edu.az platforması üzərindən aparılacaq. Sənədlər elektron formada (pdf) yüklənməlidir. 
  1. Suallar yarandıqda UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin Doktorantura şöbəsinə müraciət edə bilərsiniz. 

Ünvan: Bakı şəh., Abbas Səhhət küçəsi 45A, IV tədris binası (Bakı Təhsil İdarəsinin yanı), Doktorantura şöbəsi (otaq 104). Telefon: 012-440-57-49 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay