Non-Erasmus (ikili əməkdaşlıq çərçivəsində) proqramı çərçivəsində Q.V. Plexanov adına Rusiya İqtisad Universitetinə müraciət üçün sənəd qəbulu elan olunur.

Mübadilə proqramı çərçivəsində UNEC tələbələri 2023/2024-cü tədris ilinin payız semestrində xaricdə təhsillərini davam edə bilərlər. Mübadilə proqramının şərtlərinə əsasən, xarici universitetə təhsil haqqı ödənilmir. Tələbələr yalnız yol və yaşayış xərclərini qarşılayacaqlar. Namizədlərin seçimi ayrılmış yerlərin sayı üzrə təqdim olunmuş sənədlər əsasında müsabiqə yolu ilə seçiləcək.

Seçiləcək tələbə sayı: 5 nəfər

Təhsil pilləsi: bakalavriatura üzrə təhsil alan tələbələr
Müddət: 2023/2024-cü tədris ilinin payız semestrində

Əsas şərtlər:

  • Tələbələrin orta balı (ÜÖMG) 80-dən yuxarı olmalı;
  • Gedəcək ölkənin tədris olunacaq ingilis və ya rus dilini sərbəst bilməli (dil sertifikatına sahib olanlara üstünlük veriləcək).
  • UNEC-in 1, 2 və ya 3-cü kurs tələbəsi olmalı.

Tələb olunan sənədlər:

  • Ərizə
  • Akademik transkript
  • CV (ingilis dilində)
  • Pasport (mövcüd olmadığı halda şəxsiyyət vəsiqəsi)

Son müraciət tarixi: 27 aprel, 2023-cü il.

Sənədlər göstərilən ardıcıllıqla bir “pdf” sənədi şəklində Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.  elektron poçt ünvanına təqdim olunmalıdır (sənədləri ayrı-ayrı pdf sənədlərində göndərən tələbələrin müraciətlərinə baxılmayacaq). Elektron məktubu göndərərkən başlıq hissəsində universitetin «Plexanov Universiteti» yazılmalıdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay