A

UNEC-də Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsi və Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ iqtisadi rayonunda milli brendlərin yaradılması və beynəlxalq bazarlara çıxarılması perspektivləri” mövzusunda ümumrespublika konfransı keçiriləcək.

Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin müdiri Rəna Hüseynovanın moderatorluğu və Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri prof. Şəfa Əliyevin təşəbbüsü ilə keçiriləcək tədbirdə ali təhsil müəssisələrinin, dövlət və özəl qurumların nümayəndələri iştirak edəcək.

Konfransda aşağıda qeyd olunan mövzularda məruzələr dinləniləcək:

Fatma Yıldırım - Milli Məclisin deputatı, Mövzu: “Qarabağın dirçəldilməsi prosesləri və regional, beynəlxalq aləmə reinteqrasiyası perspektivləri”

Mahir Abbaszadə - Milli Məclisin deputatı, Mövzu: “Qarabağın sosial-iqtisadi inkişafının sürətləndirilməsinin strateji aspektləri”

Prof. Vahid Abbasov – Bakı Dövlət Universitetinin “İqtisadiyyat” kafedrasının müdiri, Mövzu: “Qarabağ iqtisadi rayonunda aqrar sahədə milli brendlərin formalaşdırılması və dünya bazarlarına çıxarılması”

Fərid Cəbiyev – UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin tədqiqatçısı, Bakı Mühəndislik Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekan müavini, dosent - Mövzu: “Qarabağ iqtisadi rayonunun resurs potensialından istifadə etməklə milli brendlərin yaradılması prioritetləri"

19 iyun 2023-cü il tarixində, saat 14.00-da keçiriləcək tədbirə Zoom platforması üzərindən https://zoom.us/j/99889155899 (kod:127056) linkinə keçid etməklə qoşula bilərsiniz.

Konfrans UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanacaq.

TOP XƏBƏRLƏR