A

UNEC-in Biznes və menecment fakültəsinin təşkilatçılığı ilə “Azərbaycanda su ehtiyatlarının idarə edilməsi problemləri və həll yolları” mövzusuna həsr olunmuş elmi-praktik seminar keçirilib.

Tədbirin məqsədi qlobal çağırışlar fonunda ölkəmizin su ehtiyatlarının səmərəli idarə olunması, mövcud problemlər və dayanıqlı inkişafa yönəlmiş həll yollarının müzakirəsi olub.

Seminarı giriş sözü ilə açan fakültənin dekan müavini, dos. Nigar Qəndilova qlobal iqlim dəyişiklikləri fonunda su ehtiyatlarının qorunmasının və səmərəli idarə edilməsinin ölkəmiz üçün xüsusi strateji əhəmiyyət daşıdığını vurğulayıb. O, elmi tədqiqatların və akademik müzakirələrin bu sahədə mövcud problemlərin həllinə, həmçinin qərarqəbuletmə prosesinə mühüm töhfə verə biləcəyini qeyd edib.

Tədbirin əsas məruzəçisi, dosent Afaq Hacıyeva çıxış edərək Azərbaycanın su resurslarının mövcud göstəriciləri, ehtiyatların formalaşma mənbələri və adambaşına düşən su təminatı səviyyəsi barədə statistik məlumatları iştirakçıların diqqətinə çatdırıb. Daha sonra o, su ehtiyatlarının sektorlar üzrə xüsusilə kənd təsərrüfatı, sənaye və məişət sahələrində istifadəsi zamanı yaranan çətinliklərdən, eləcə də artan su tələbatının tənzimlənməsi zərurətindən bəhs edib.

Mövcud problemlərin həlli yolu kimi məruzəçi ölkə miqyasında vahid yanaşmaya əsaslanan su ehtiyatlarının inteqrə olunmuş idarəetmə planının hazırlanmasının və tətbiqinin vacibliyini elmi faktlarla əsaslandırıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR