A

UNEC-in Magistratura Məktəbinin İqtisadiyyat ixtisası üzrə 1-ci kurs tələbəsi Nihad İsgəndərov nüfuzlu beynəlxalq kursda uğur əldə edib.

Belə ki, o, Massachusetts Institute of Technology (MIT) tərəfindən təqdim olunan “6.431x Probability: The Science of Uncertainty and Data” kursunda fəallığı və müzakirə forumlarında digər tələbələrə göstərdiyi akademik dəstəyə görə “Community Teaching Assistant” (Müəllim köməkçisi) kimi fəaliyyət göstərmək üçün dəvət məktubu alıb.

Qeyd edək ki, bu kurs MIT-in “Statistics and Data Science MicroMasters” proqramı çərçivəsində MITx və edX platformaları üzərindən həyata keçirilir.

TOP XƏBƏRLƏR