Lənkəran Dövlət Universitetinin (LDU) təşkilatçılığı ilə 15-16 may 2026-cı il tarixlərində “Azərbaycan və Türk dövlətləri birliyi: Orta Asiya və Qərb arasında strateji körpü və Tramp dəhlizinin geosiyasi əhəmiyyəti” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.
Konfransın məqsədi Azərbaycan və Türk dövlətləri arasında siyasi, iqtisadi, nəqliyyat və mədəni əməkdaşlığın mövcud vəziyyətini və inkişaf perspektivlərini elmi müstəvidə müzakirə etmək, eləcə də Orta Asiya ilə Qərb arasında formalaşan strateji əlaqələrdə Azərbaycanın rolunu təhlil etməkdir.
Dünyanın müxtəlif yerlərindən olan nüfuzlu alimləri, gənc tədqiqatçıları və mütəxəssisləri bir araya gətirərəcək konfransda beynəlxalq münasibətlər, geosiyasət, regional təhlükəsizlik, nəqliyyat-kommunikasiya xətləri, enerji siyasəti, iqtisadi inteqrasiya və Türk dünyasının strateji əməkdaşlıq imkanlarına dair aktual mövzular müzakirə oluncaq.