A

UNEC-in dosenti və magistrləri Macarıstanın Budapeşt şəhərində keçirilən “IV İqtisadiyyat və Biznesin İdarə Edilməsi üzrə Beynəlxalq Konfrans ICEB’8”də iştirak ediblər.

UNEC-lə birlikdə 7 ölkədən 18 ali təhsil müəssisəsinin təşkilat komitəsinin yer aldığı konfransa Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin “İqtisadiyyat və idarərtmə” kafedrasının dosenti Əliağa İsmayılzadə ilə birlikdə mərkəzin magistləri Ülkər Bayramova və Ülkər Zeynalova da qatılıb. İqtisadiyyat və biznesin inkişafının muasir problemlərinin tədqiqinə həsr olunan konfransda Ə. İsmayılzadə bazar iqtisadiyyatı şəraitində əmək və kapital arasında inkişaf edən bölgü münasibətləri barədə çıxış edib. UNEC-in magistrləri isə Azərbaycan müəssisələrində korporativ sosial məsuliyyətin inkişafı və qadın sahibkarların liderlik xüsusiyyətlərindən bəhs ediblər.

Konfransın yekununda iştirakçılara sertifikatlar təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay