Qeyri-Hökumət Hərəkatının İnsan Hüquqları və Mədəni Müxtəliflik Mərkəzinin (NAMCHRCD) nəzdində fəaliyyət göstərən NAM International Journal of Human Rights and Cultural Diversity jurnalının 2026-cı il üzrə ikinci nömrəsi üçün məqalə qəbulu elan olunub.
Növbəti nömrənin əsas mövzusu “Artificial Intelligence, Human Rights and Cultural Diversity” (Süni İntellekt, İnsan Hüquqları və Mədəni Müxtəliflik) olaraq müəyyən edilib.
Jurnal süni intellektin insan hüquqları, mədəni müxtəliflik, sosial inkişaf, hüquqi tənzimləmə, etik məsələlər, kiberməkan, təhsil, məşğulluq, vətəndaşlıq, məxfilik hüququ, beynəlxalq münasibətlər və digər əlaqəli sahələrə təsirini araşdıran elmi məqalələrin qəbulunu həyata keçirir.
Bu istiqamətlərdə tədqiqat aparan alimlər, doktorantlar, gənc tədqiqatçılar və mütəxəssislər öz elmi araşdırmalarını təqdim etməyə dəvət olunurlar.
Əsas tarixlər:
- Abstraktın təqdim olunması üçün son tarix: 1 iyul 2026
- Məqalənin qəbuluna dair bildiriş: 30 iyul 2026
- Tam məqalənin təqdim olunması üçün son tarix: 30 avqust 2026
Məqalələr ingilis dilində hazırlanmalı, jurnalın müəllif qaydalarına uyğun tərtib edilməlidir. Məqalənin həcmi təxminən 4000–6000 söz arasında olmalıdır.
Məqalələrin və ya abstraktların təqdim edilməsi üçün əlaqə elektron poçtu: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır..