UNEC-də növbəti TEDxUNEC konfransı baş tutub.
Ümimmilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan builki TEDxUNEC “Sərhədləri birlikdə aşaq” mövzusda keçirilib.
UNEC Biznes Məktəbinin “Biznes analitikası” ixtisası üzrə 1-ci kurs tələbəsi, İctimaiyyətlə əlaqələr şöbəsinin sosial media marketoloqu Samir İsmayılzadənin təşəbbüsü və təşkilatçılığı ilə baş tutan TEDxUNEC-də spikerlər tərəfindən stereotipləri qırmaq, qlobal düşünmək və ənənəvi çərçivələrdən kənara çıxmaq istiqamətində ilhamverici mesajlar təqdim olunub. TED ənənələrinə uyğun olaraq təşkil olunan tədbirdə “Paylaşılmağa dəyər ideyalar” fəlsəfəsi ön plana çıxarılıb.
TEDxUNEC konfransının builki spikerləri “YIĞIM Payment Services” şirkətinin baş icraçı direktoru (CEO) Vüqar Cəfərov, “PASHA Malls” şirkətinin əməliyyat direktoru (COO) Kemal Baştürk, PASHA Holding-in İnsan Resursları və İnzibati işlər üzrə direktoru Vahidə Rzayeva, McDonald’s Azərbaycanın Baş İnsan Resursları Direktoru (CPO) Anar Bayramov, sahibkar və startup ekosistemi üzrə təşəbbüskar Hacı Qafarov, tanınmış aktyor Kamran Ağabalayev, Bakcell şirkətinin PR və Korporativ Kommunikasiyalar Departamentinin direktoru Aysel Süleymanova, videobloqer və kreativ kontent istehsalçısı Toğrul Qurbanov, biznes konsultant, professor Sakit Səmədov və Azərbaycanın Gənc Avropa Səfiri Ləman Bakuvi olub.
Gün ərzində davam edən və gənclərin böyük həvəslə qatıldıqları TEDxUNEC müxtəlif sahələr üzrə təcrübə, şəxsi inkişaf, innovasiya, liderlik, kommunikasiya və yaradıcılıq mövzularını əhatə bir-birindən maraqlı təqdimatlarla yadda qalıb.