A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və Azərbaycan Respublikasının Auditorlar Palatasının birgə əməkdaşlığı çərçivəsində “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nın İndikator Cədvəlinin “Süni intellekt sahəsində istedad və bacarıqların təkmilləşdirilməsi” adlı prioritet istiqamətinin icrası ilə əlaqədar UNEC Karyera Mərkəzinin dəstəyi ilə Maliyyə və mühasibat fakültəsində tələbələr üçün “Süni intellekt və rəqəmsallaşma şəraitində mühasibat uçotu və audit” mövzusunda seminar keçirilib. 

Seminarı giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, müasir dövrdə süni intellekt texnologiyalarının və rəqəmsallaşma proseslərinin mühasibat uçotu və audit sahəsinə təsirinin getdikcə artdığını vurğulayıb, bu dəyişikliklərin gələcək mütəxəssislər üçün yeni bilik və bacarıqların formalaşdırılmasını zəruri etdiyini qeyd edib, eyni zamanda tələbələrin innovativ yanaşmalara açıq olmasının, rəqəmsal mühitdə peşəkar kompetensiyalarını inkişaf etdirməsinin və beynəlxalq təcrübəyə əsaslanan müasir alət və texnologiyalardan səmərəli istifadə bacarıqlarına yiyələnməsinin əhəmiyyətini diqqətə çatdırıb, bu istiqamətdə keçirilən maarifləndirici tədbirlərin tələbələrin əmək bazarına daha hazırlıqlı şəkildə inteqrasiyasında mühüm rol oynadığını bildirib.

Azərbaycan Respublikasının Auditorlar Palatası Sədrinin Rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə müavini Qoşqar Əhmədov geniş təqdimatla çıxış edərək rəqəmsallaşma və süni intellekt texnologiyalarının mühasibat uçotu və audit sahəsində şəffaflığın artırılmasında, maliyyə hesabatlılığının keyfiyyətinin yüksəldilməsində, əməliyyatların daha dəqiq və operativ şəkildə izlənilməsində, eləcə də insan faktorundan qaynaqlanan səhvlərin və korrupsiya risklərinin minimallaşdırılmasında mühüm rol oynadığını vurğulayıb, müasir audit sistemlərində data analitikası, avtomatlaşdırılmış nəzarət mexanizmləri və rəqəmsal audit izlərinin tətbiqinin vacibliyini qeyd edib, eyni zamanda kibertəhlükəsizliyin maliyyə məlumatlarının qorunması və audit proseslərinin etibarlılığının təmin olunması baxımından strateji əhəmiyyət daşıdığını bildirərək bu istiqamətdə innovativ yanaşmaların tətbiqi, beynəlxalq audit standartlarına uyğun rəqəmsal transformasiyanın sürətləndirilməsi və gənc mütəxəssislərin mühasibat uçotu və audit sahəsində texnoloji bilik və bacarıqlarının artırılmasının zəruriliyini diqqətə çatdırıb.

Sonda mövzu ilə əlaqədar müzakirələr aparılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay