A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) birgə əməkdaşlığı çərçivəsində Maliyyə və mühasibat fakültəsinin təşkilatçılığı ilə UNEC tələbələri arasında vergi qanunvericiliyi üzrə olimpiada keçirilib. 

Olimpiada vergi qanunvericiliyi üzrə test üsulunda keçirilməklə bu sahədə tələbələrin nəzəri biliklərinin səviyyəsini, qanunvericiliyin tətbiqi ilə bağlı praktiki düşünmə bacarıqlarını və analitik yanaşmalarını qiymətləndirməyə imkan yaradıb.

Tələbələr şəffaflıq və obyektivlik prinsiplərinə tam riayət olunan imtahan mühitində öz bilik və bacarıqlarını nümayiş etdirərək, müxtəlif çətinlik dərəcələrini əhatə edən – 1 ballıq 25, 2 ballıq 15 və 3 ballıq 15 sualdan ibarət olmaqla ümumilikdə 55 sualı cavablandırıblar.

Olimpiada qalibləri mükafatlandırılacaq və onlara nəticələrini təsdiq edən müvafiq sertifikatlar təqdim ediləcək.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay