A

PAŞA Hub-ın dəstəyi ilə PAŞA Holding-in Makroiqtisadi Araşdırmalar Departamentinin əməkdaşlarının təqdimatında “EconoMix – Meet up with Future Economists” tədbirlər silsiləsi çərçivəsində “Azərbaycan iqtisadiyyatı və bazar  təhlilində Big Data-nın tətbiqi – PAŞA Holding təcrübəsi” mövzusunda biliyin paylaşılması sessiyası keçiriləcək.

1.5 saat davam edəcək sessiyanın spikerləri PAŞA Holding-in Makroiqtisadi Araşdırmalar Departamentinin rəhbəri Elman Eminov və həmin departamentin əməkdaşları Mehrab Bağırlı və Xətai Abbasov olacaq.

Sessiyada iştirak etmək istəyənlər, əlavədəki elanda qeyd olunmuş QR kodu oxudaraq və ya linkdən (https://pasha-holding.surveysparrow.com/s/EconoMixMeet-up-with-Future-Economists/tt-71ddf43c8c) istifadə edərək qeydiyyatdan keçə bilər.

Pandemiya şərtlərini nəzərə alaraq, sessiyada iştirak sayı məhduddur.

Qeydiyyat üçün son tarix: 22 fevral.

Sessiya 24 fevral, saat 15.00-16.30 aralığında UNEC-in əsas tədris binasının Böyük akz zalında keçiriləcək.

Spikerlər: Elman Eminov, Mehrab Bağırlı və Xətai Abbasov, PAŞA Holding, Makroiqtisadi Araşdırmalar departamenti

Sessiyanın dili: Azərbaycan dili (İngilis dilində slaydlar)

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay