Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) təşkilatçılığı və ISE Charity Union, Art Club, Music Club, Public Speaking Club və UNEC ISE TGT-nin birgə dəstəyi ilə UNEC-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Spring Festival” xeyriyyə yarmarkası keçirilib.
Tədbirin əsas məqsədi sosial məsuliyyət və xeyriyyəçilik dəyərlərini təşviq etmək, tələbələr arasında həmrəyliyi, əməkdaşlığı və yaradıcılığı gücləndirmək olub.
Festival çərçivəsində tələbələr tərəfindən hazırlanmış məhsulların satışı təşkil olunub. Eyni zamanda tələbələrin ifasında musiqilər səsləndirilib.
UNEC Dizayn Məktəbi, RİM və TUDİFAK tələbələrinin də fəal iştirakı ilə keçən festivalda sosial mühit, əyləncəli atmosfer iştitakçılara xoş anlar yaşadıb. Festival həmçinin universitetdaxili inteqrasiyanın möhkəmləndirilməsi, fakültələrarası əməkdaşlığın genişləndirilməsi və tələbələr arasında qarşılıqlı əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyıb.
Festivalda satışdan toplanan vəsait xeyriyyə məqsədilə Qadın və Uşaq Sığınacağına yönləndiriləcək.