A

UNEC-də “Azərbaycan dilinin işgüzar və akademik kommunikasiya” fənnini tədris edən “Azərbaycan dili” kafedrasının dosenti Çinarə Qəhrəmanova tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş xüsusi dərs keçirilib.

Dərs zamanı ISE-nin 1042-ci qrup tələbələri “Müasir Azərbaycan gəncliyi Heydər Əliyev ideyalarının işığında” mövzusunda maraqlı təqdimatlarla çıxış ediblər. Tələbələrdən Lalə Məmmədzadə, Nilufər Davudzadə, Nərmin Ağayeva, Firavan Fətəli və Bibixanım Aslanova çıxışlarında Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və gənclərin inkişafı istiqamətində həyata keçirdiyi siyasətdən bəhs edərək, bu ideyaların müasir gənclik üçün əhəmiyyətini vurğulayıblar.

Tədbirdə qeyd olunub ki, müasir Azərbaycan gəncliyi bu gün də Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına və milli-mənəvi dəyərlərə sadiq qalaraq onun ideyalarını yaşatmaqdadır. Gənclərin çıxışları Ulu Öndərin dövlətçilik fəlsəfəsinin və azərbaycançılıq ideologiyasının gələcək nəsillər üçün mühüm örnək olduğunu bir daha nümayiş etdirib.

Sonda Çinarə Qəhrəmanova çıxış edərək Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin və milli-mənəvi dəyərlərinin müasir gənclik üçün mühüm örnək olduğunu vurğulayıb. O bildirib ki, gənclər vətənpərvərlik, elmə bağlılıq və milli dəyərlərə sadiqlik prinsiplərini rəhbər tutaraq ölkənin gələcək inkişafında fəal rol oynamalıdırlar.

Tədbirin sonunda tələbələrin fəallığı yüksək qiymətləndirilib və belə maarifləndirici tədbirlərin gənclərin vətənpərvərlik ruhunda formalaşmasına mühüm töhfə verdiyi vurğulanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay